...

Azərbaycanın magistral yolunun bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

Cəmiyyət Materials 16 Aprel 2013 13:02 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun Hacıqabul-Bulaqlı hissəsində asfalt-beton örtüyünün üst qatının qoyulması ilə əlaqədar Bakı-Qazax avtomobil yolunun 119-cu km-dən Sabirabad istiqamətində 6 km məsafədə hərəkət bu gündən tam məhdudlaşdırılıb.
Azərbaycanın magistral yolunun bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın magistral yolunun bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun Hacıqabul-Bulaqlı hissəsində asfalt-beton örtüyünün üst qatının qoyulması ilə əlaqədar Bakı-Qazax avtomobil yolunun 119-cu km-dən Sabirabad istiqamətində 6 km məsafədə hərəkət bu gündən tam məhdudlaşdırılıb.

Tam məhdudlaşdırılma aprelin 18-dək davam edəcək.

Alternativ yol kimi minik avtomobilləri Kür çayı üzərindəki körpüdən keçməklə Şirvan - Sabirabad, yük avtomobilləri isə Sabirabad - Surra - Padar avtomobil yolundan istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti