...

Misir Mərdanov dərsliklərə elmi cəhətdən müzakirə doğuran məsələlərin salınmasının əleyhinədir

Cəmiyyət Materials 18 Aprel 2013 16:52 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəb dərsliklərinə elmi cəhətdən müzakirə doğuran məsələlərin salınmasının əleyhinədir.
Misir Mərdanov dərsliklərə elmi cəhətdən müzakirə doğuran məsələlərin salınmasının əleyhinədir

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəb dərsliklərinə elmi cəhətdən müzakirə doğuran məsələlərin salınmasının əleyhinədir. Trend-in məlumatına görə, bunu cümə axşamı ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycanın dərslik siyasəti" mövzusunda keçirilən tədbirdə Misir Mərdanov bildirib.

"Mən təhsil naziri kimi etiraf edirəm ki, dərsliklərimizdə müəyyən nöqsanlar ola bilər. Lakin elmi cəhətdən dərsliklərdə hansısa problemin olmasına inanmıram. Mən dərsliklərə elmi cəhətdən müzakirə doğuran məsələlərin salınmasının əleyhinəyəm. Bu, qəbulolunmazdır", - Mərdanov əlavə edib.

O qeyd edib ki, dərsliklərin hazırlanmasına hər il məsuliyyətlə yanaşılır və bundan sonra da məsuliyyətlə yanaşılacaq.

Mərdanovun sözlərinə görə, Azərbaycanda 2003-2004-cü illərdən etibarən I sinifdən XI sinfə qədər olan bütün dərsliklər şagidlərə pulsuz paylanılır.

Nazirin sözlərinə görə, Azərbaycanda orta məktəb dərslikləri hər 4 ildən bir çap edilir. Bəzi dərsliklər istifadə müddəti başa çatmamış yararsız hala düşür. Bunu nəzərə alaraq, hər il bütün sinif dərsliklərinin ümumi tirajının müəyyən hissəsi yenidən çap edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti