...

"Azərsun Holdinq" Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə anım tədbirləri keçirir (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2013 16:17 (UTC +04:00)
Azərbaycanın əməkdar elm xadimi, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə “Azərsun Holdinq” tərəfindən anım tədbirləri keçirilir.
"Azərsun Holdinq" Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə anım tədbirləri keçirir (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Azərbaycanın əməkdar elm xadimi, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə "Azərsun Holdinq" tərəfindən anım tədbirləri keçirilir.

Tədbirlər çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert proqramı təşkil olunub. Proqramda Daun sindromlu və əqli qüsurlu uşaqlar iştirak ediblər. Dövlət Uşaq Filarmoniyasının kollektivinin nümayiş etdirdiyi musiqi səhnələri uşaqlara bayram əhval-ruhiyyəsi yaşadıb.

Görkəmli elm xadimi Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar təşkil olunan bu tədbirdə Sümük-Vərəm Sanatoriyası, 3 saylı əqli qüsurlu uşaqlar üçün internat evi, 4 saylı əqli qüsurlu uşaqlar üçün internat evi olmaqla 200 uşaq iştirak edib.

Tədbirdə balacalara "Azərsun Holdinq"in istehsalı olan Şokki-Mokki markasının hədiyyələri təqdim edilib. Uşaqların sevincinə səbəb olan tədbirlər digər müəssisələrdə də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti