...

"ASAN xidmət" insanların işini asanlaşdıracaq əlavə xidmətlər göstərməyi planlaşdırır

Cəmiyyət Materials 5 İyun 2013 16:41 (UTC +04:00)
Vətəndaşlara sifarişli "ASAN xidmət" göstərilməsi, o cümlədən "ASAN kart"ların verilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Bakıda Xətai rayonunda 2 saylı "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması münasibətilə keçirdiyi brifinqdə deyib.
"ASAN xidmət" insanların işini asanlaşdıracaq əlavə xidmətlər göstərməyi planlaşdırır

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Vətəndaşlara sifarişli "ASAN xidmət" göstərilməsi, o cümlədən "ASAN kart"ların verilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Bakıda Xətai rayonunda 2 saylı "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması münasibətilə keçirdiyi brifinqdə deyib.

Agentlik sədrinin sözlərinə görə, səyyar "ASAN xidmət"lərin digər növü kimi, Bakı şəhərində xüsusi təchiz edilmiş minik avtomobilləri vasitəsilə vətəndaşlara xidmət göstərilməsi nəzərdə tutulur:

"Bu xidməti həyata keçirmək üçün qanunvericilikdə bəzi məsələlər həyata keçirilməlidir. Məsuliyyət, istirahət və xidmət haqqı məsələləri tezliklə müəyyən edildikdən sonra artıq Bakı şəhərində də xüsusi texniki vasitələrlə təchiz edilmiş avtomobillərlə vətəndaşlara xidmət göstəriləcək. Bu xidmətlər əlavə xidmət haqqı ödənilməklə həyata keçiriləcək. Ancaq xüsusi kateqoriyadan olan insanlar - əlillər, hərəkət imkanı məhdud olan vətəndaşlar üçün bu xidmət tam pulsuz olacaq."

Bundan əlavə, İnam Kərimov vətəndaşlara "ASAN kart"ların verilməsinin nəzərdə tutulduğunu da açıqlayıb:

"Bu məsələ üzərində hazırda işlər aparılır. Bəzi texniki məsələlər həll olunduqdan sonra tezliklə "ASAN kart" istifadəyə veriləcək. Kart vətəndaşların gündəlik həyatını asanlaşdırmaq üçün nəzərdə tutulan bir vasitədir. Vətəndaş bəzən üzərində müəyyən ödənişləri və digər funksional hərəkətləri etmək üçün bir çox kartları daşımağa məcburdur. "ASAN kart"ın isə funksiyası ondan ibarətdir ki, vətəndaşlar bir neçə kartda gəzdirdikləri informasiyaları bir kartda gəzdirə bilsin."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti