...

Trend-dən mobil xəbərlər

Cəmiyyət Materials 10 İyun 2013 15:05 (UTC +04:00)
Əgər Siz Trend İnformasiya Agentliyinin xəbərlərinin abunəçisi deyilsinizsə və hazırda lazım olan konkret xəbəri www.trend.az saytında məhdud çıxışla oxumaq istəyirsinizsə, bunu mobil telefonunuzdan ödənişli SMS göndərməklə edə bilərsiniz.
Trend-dən mobil xəbərlər

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Əgər Siz Trend İnformasiya Agentliyinin xəbərlərinin abunəçisi deyilsinizsə və hazırda lazım olan konkret xəbəri www.trend.az saytında məhdud çıxışla oxumaq istəyirsinizsə, bunu mobil telefonunuzdan ödənişli SMS göndərməklə edə bilərsiniz.

Bunu necə etmək olar?

www.trend.az portalında xüsusi işarə ilə (qıfıl) göstərilən bir xəbəri məhdud çıxışla oxumaq üçün xəbərin başlığına daxil olub siyahıdan mobil rabitə operatorunuzu seçmək və qeyd edilən qısa nömrəyə daxil edilən mətnlə birlikdə ödənişli SMS göndərmək lazımdır.

Müəyyən müddətdən sonra mobil telefonunuza həmin xəbərə çıxış parolu olan SMS-cavab göndəriləcək. Parol bir neçə dəqiqədən sonra aktiv olacaq. Parolu müvafiq sahəyə daxil etmək və "Davam etmək" düyməsinə basmaq lazımdır, bundan sonra xəbərə çıxış imkanı əldə edə bilərsiniz.

Aldığınız parol yalnız seçdiyiniz xəbərə çıxış əldə etməyə imkan verir və www.trend.az saytında yerləşdirilən məhdud çıxışlı digər xəbərlərə şamil edilmir.

Sizin üstünlükləriniz

SMS üzrə ödənişin mövcud növü asan olduğuna görə getdikcə daha çox istifadə edilir. Belə ki, internet istifadəçilərinin əksəriyyətinin mobil telefonu var. Siz plastik kart axtarmaq və ya ödənişi gözləmək məcburiyyətində qalmayacaqsınız. Xidmət yalnız Sizə maraqlı olan xəbərlərə çıxış imkanı verir ki, bu da vaxtınıza və pulunuza qənaət etmək deməkdir.

Haqqımızda

"Google Analytics" xidmətinin məlumatına görə, 2013-cü ilin yanvar-may aylarında Trend İnformasiya Agentliyinin saytına (www.trend.az) 2,26 milyondan artıq istifadəçi daxil olub. Mayda onların sayı 535 mini ötüb. İstifadəçilər bu ilin yanvar-may aylarında 11,3 milyondan çox səhifəyə baxıblar. May ayında onların sayı 2,4 milyonu ötüb.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyidir. Trend Xəzəryanı region, Qafqaz və Mərkəzi Asiya ölkələrinin siyasəti və iqtisadiyyatı haqqında etibarlı və operativ xəbər mənbəyi kimi tanınır.

Trend müxtəlif auditoriyanın tələbatına cavab verən informasiya nəşrlərini dərc edir: gündəlik iqtisadi və siyasi xəbərlər bülleteni, Xəzər və Mərkəzi Asiyanın neft-qaz bazarlarının işıqlandırıldığı "Trend Oil and Gas" ixtisaslaşdırılmış nəşri, regionun nəqliyyat və tikinti sektorunun icmalı olan "Building & Logistics Monitoring", "Monthly Business Monitoring" - ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinin icmalı, "Banking Analytics" - Azərbaycan banklarının aylıq renkinqləri, "Iran Economy Review" - İranın makroiqtisadi xülasəsi.

Trend-in məhsullarının abunəçiləri arasında dünyanın iri maliyyə, neft, konsaltinq şirkətləri, banklar, dövlət strukturları, analitik mərkəzlər və qabaqcıl KİV-lər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti