...

Bakı sürücülərinə şad xəbər

Cəmiyyət Materials 2 İyul 2013 10:52 (UTC +04:00)
Yaxın 3-4 gün ərzində Bakının Tbilisi prospektinin bağlanan hissəsi avtomobillərin hərəkəti üçün tam açılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Bakı sürücülərinə şad xəbər

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/

Yaxın 3-4 gün ərzində Bakının Tbilisi prospektinin bağlanan hissəsi avtomobillərin hərəkəti üçün tam açılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda təmir aparılan ərazıdə asfalt-beton örtüyünün salınması işləri aparılır.

Qeyd edək ki, Həsən Əliyev küçəsinin kəsişməsindən Tbilisi prospekti ilə 20 Yanvar metrostansiyası istiqamətində A.Salamzadə küçəsinin bir hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar iyunun 28-i gecə 00:00-dan başlayaraq təmir işləri başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.

Bakı yol polisi sürücülərdən xahiş edir ki, tıxacların, sıxlığın yaranmaması üçün Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsindən Tbilisi prospektinə Həsən Əliyev küçəsindən keçməklə hərəkət tam məhdudlaşdırıldığından alternativ yol kimi Ziya Bünyadov prospekti ilə A.Salamzadə küçəsi, 9-cu mikrorayon ərazilərindən keçməklə hərəkət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti