...

Bakının şimal girişindən avtomobillərin hərəkəti bərpa olundu

Cəmiyyət Materials 1 Avqust 2013 10:23 (UTC +04:00)
Paytaxtın Tbilisi prospektinin 20 Yanvar qovşağından Salamzadə küçəsinədək olan hissəsi açılıb.
Bakının şimal girişindən avtomobillərin hərəkəti bərpa olundu

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir M.Əliyev/

Bu gün Bakının Tbilisi prospektinin 20 Yanvar qovşağından Salamzadə küçəsinədək olan hissəsi açılıb. Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev bildirib ki, təmir işləri təqribən 500 metrlik hissədə həyata keçirilib. Həmin hissədə yeniasfalt-beton örtüyü salınıb, kommunikasiya xətləri dəyişdirilib.

Qeyd edək ki, iyulun 25-dən 26-na keçən gecə saat 00:00-dən etibarən 20 Yanvar dairəsindən şəhər istiqamətində Tbilisi prospekti üzrə Nəqliyyat Nazirliyinin inzitbati binasının yanınadək yeni asfalt örtüyünün təcili çəkilişi ilə əlaqədar bütün avtomobillərin hərəkətinə məhduliyyət qoyulmuşdu.

Məlumat üçün bildirək ki, Tbilisi prospektinin ümumi uzunluğu 1400 metr təşkil edir. Artıq 900 metr hissədə təmir işləri başa çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti