...

Azərbaycanda ilin sonunadək uşaqların cinsinə görə abortlara qadağan qoyulması gözlənilir

Cəmiyyət Materials 4 Sentyabr 2013 16:00 (UTC +04:00)
Azərbaycanda bu ilin sonuna kimi uşaqların cinsinə görə abortların qadağa qoyulması gözlənilir.
Azərbaycanda ilin sonunadək uşaqların cinsinə görə abortlara qadağan qoyulması gözlənilir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu ilin sonuna kimi uşaqların cinsinə görə abortlara qadağa qoyulması gözlənilir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, selektiv abortlarla bağlı məsələ "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə daxil edilərək parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Millət vəkili vurğulayıb ki, uşaqların cinsinin müəyyənləşdirilməsi üçün ultrasəs müayinəsinə cəlb olunması və selektiv abortların qarşısının alınması bu gün üçün olduqca vacib məsələdir.

M.Quliyev deyib ki, qanunvericiliyə dəyişikliyə görə qadağa sanksiyaları tətbiq olunacaq: "Selektiv abortları həyata keçirənlərin cərimələnməsi, həkimlik fəaliyyətinin məhdudlaşdırılması, hətta cinayət məsuliyyətinə cəlb olunmasına qədər sanksiyalar tətbiq olunmalıdır. Çünki bu işdə inzibati və cinayət xarakterli sanksiyalar olmasa, maarifləndirmə tədbirləri ilə selektiv abortların qarşısını almaq çətin olacaq".

Qeyd edək ki, Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur. Selektiv abort dedikdə söhbət 12 həftədən 22 həftəyədək sosial göstərişlərə görə abortun edilməsindən gedir.

M.Quliyev bildirib ki, Azərbaycanda abortun ümumiyyətlə qadağan olunmasından söhbət getmir: "Buna nə cəmiyyət hazırdır, nə də sosial göstəriş var. O ölkələr abortu qadağan edir ki, orada demoqrafik proseslər mənfiyə doğru gedir. Digər tərəfdən bəzi ölkələr din buna icazə vermədiyindən qadağa qoyur. Azərbaycan demokratik, hüquqi dövlətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti