...

Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs yükünün müəllimlər arasında bölünməsi nəzərdə tutulub

Cəmiyyət Materials 16 Sentyabr 2013 11:05 (UTC +04:00)
Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs yükünün digər müvafiq fənn müəllimləri arasında bölünməsi və ya əvəzçilik qaydasında uyğun ixtisas müəllimlərinə verilməsi nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs yükünün müəllimlər arasında bölünməsi nəzərdə tutulub

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs yükünün digər müvafiq fənn müəllimləri arasında bölünməsi və ya əvəzçilik qaydasında uyğun ixtisas müəllimlərinə verilməsi nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Nazir deyib ki, bu il vakant yerlərin sayı 3286, müraciətlərin sayı isə 18 782 olub. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1474 nəfər işə qəbul olunub.

M.Cabbarovun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb: "İşə qəbul olunacaq müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas meyarı kimi qəbul olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti