...

Azad Rəhimov: Azərbaycanda gənclərin sayı 2 milyon 799 min nəfərə çatıb

Cəmiyyət Materials 21 Sentyabr 2013 13:30 (UTC +04:00)
Son 10 ildə gənclər siyasətinin əsas istiqamətləri həm kəmiyyət, həm də keyfiyyət baxımından təsirsiz ötüşməyib və bu dövrdə gənclərin sayı 350 min nəfər artaraq, 2 milyon 799 minə çatıb. Onlar ümumi əhalinin 30,3%-ni təşkil edirlər. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin zamanında, ən əsası, dəqiq müəyyən etdiyi dövlət gənclər siyasətinin məhsuludur.
Azad Rəhimov: Azərbaycanda gənclərin sayı 2 milyon 799 min nəfərə çatıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Son 10 ildə gənclər siyasətinin əsas istiqamətləri həm kəmiyyət, həm də keyfiyyət baxımından təsirsiz ötüşməyib və bu dövrdə gənclərin sayı 350 min nəfər artaraq, 2 milyon 799 minə çatıb. Onlar ümumi əhalinin 30,3 faizini təşkil edirlər. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin zamanında, ən əsası, dəqiq müəyyən etdiyi dövlət gənclər siyasətinin məhsuludur.

Trend xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov "Respublika" qəzetində dərc edilən məqaləsində qeyd edir. Nazir bildirib ki, artıq fəallaşmış gənclərin qarşısında yeni vəzifələr dayandığı kimi, onların birlik və bərabərliyinin, inteqrasiyasının, fikir və təcrübə mübadiləsinin təmin edilməsi, maraqlarının, dünyagörüşünün genişləndirilməsi və sosial aktiv təbəqəyə çevrilməsi üçün fərqli layihələrin həyata keçirilməsi vacibdir. Bu mənada "gənclər evləri"nin xüsusi mərkəzlərin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi mühüm əhəmiyyətli məsələyə çevrilib. Bu tikililər dövlət proqramlarında qeyd edilmiş məsələlərin, eləcə də bu sahə ilə bağlı dövlət siyasətinin əsas müddəalarının həyata keçirilməsi üçün birləşdirici məkana çevrilməkdədir:

"Artıq ölkənin 19 rayon və şəhərində belə müəssisələr fəaliyyət göstərir. Bu il Mingəçevir şəhərində Gənclər Evi istifadəyə verilib. Hazırda Daşkəsən rayonunda "Gənclər üçün təlim və istirahət mərkəzi"nin tikintisi davam edir və mərkəzin bu il istifadəyə verilməsi nəzərdə tutulur. "Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı"na əsasən, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Bərdə, Tovuz, Quba rayonlarında isə Gənclər evlərinin inşası aparılır. Şəki şəhəri və Şamaxı rayonunda isə yaxın zamanlarda Gənclər evlərinin tikintisinə başlanılacaq. "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Binəqədi, Xəzər, Sabunçu, Qaradağ və Suraxanı rayonlarında Gənclər evlərinin tikintisi davam etdirilir."

Azad Rəhimovun sözlərinə görə, gənclərin ictimai fəallığının artması xüsusi təqdirəlayiq haldır. Bu onların Azərbaycanın sabahına olan inamının əyani göstəricisidir. Nazirin fikrincə, gənclərin qeyri-hökumət təşkilatlarının sayının artım dinamikasında bunu aydın görmək olur:

"On il ərzində belə qurumların sayı 4,6 dəfə artaraq 51-dən 230-a çatıb. Gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə onların dəstəklənmiş layihələrinin sayı 2006-cı illə müqayisədə 40 dəfə (12-dən 357-dək), layihələrə ayrılmış maliyyə vəsaiti 44 dəfəyədək (175,5 min manatdan 7825 min manatadək) artıb. Bu fəallıq təkcə Azərbaycan sərhədləri ilə hüdudlanmır. Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilmək, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Son on ildə gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı 62-yə çatıb."

A.Rəhimov qeyd edib ki, Azərbaycan gəncləri beynəlxalq təşəbbüskarlığı ilə də seçilməyə başlayıb. Belə ki, 5 beynəlxalq gənclər platformasının ("Dialoq və Əməkdaşlıq Uğrunda" İslam Konfransı Gənclər Forumu, GUAM ölkələrinin Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı) təşəbbüskarı və təsisçisi Azərbaycan gəncləridir. Azərbaycanın gənclər təşkilatları 30 beynəlxalq qurumda üzv statusunda fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti