...

Səhiyyə Nazirliyi vakant həkim yerlərinin sayını açıqlayıb

Cəmiyyət Materials 25 Sentyabr 2013 16:56 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində vakant həkim yerlərinin sayı açıqlanıb.
Səhiyyə Nazirliyi vakant həkim yerlərinin sayını açıqlayıb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində vakant həkim yerlərinin sayı açıqlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dövlət səhiyyə müəssisələrində 2000-ə qədər vakanat həkim yeri var. Həmin yerlərin çoxu regionlardakı səhiyyə müəssisələrinin payına düşür. Bakıdakı dövlət səhiyyə müəssisələrindəki vakant həkim yerlərinin sayı isə 60-dan çoxdur.

Vakant həkim yerləri üzrə işə qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna sentyabrın 13-dən başlanılıb. Sənəd qəbulu oktyabrın 12-də tamamlanacaq. İşə qəbul üçün imtahanların oktyabr ayı ərzində keçirilməsi planlaşdırılır. İmtahanın dəqiq tarixləri hələ müəyyənləşdirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti