...

Təhsil Nazirliyi əmək fəaliyyətinin davam etdirilməsinə razılıq verilmiş yaşlı müəllimlərin sayını açıqlayıb

Cəmiyyət Materials 26 Sentyabr 2013 16:11 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə əmək fəaliyyətinin davam etdirilməsinə razılıq verilmiş yaşı 65-dən yuxarı olan müəllimlərin sayını açıqlayıb.
Təhsil Nazirliyi əmək fəaliyyətinin davam etdirilməsinə razılıq verilmiş yaşlı müəllimlərin sayını açıqlayıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə əmək fəaliyyətinin davam etdirilməsinə razılıq verilmiş yaşı 65-dən yuxarı olan müəllimlərin sayını açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda ümumtəhsil məktəblərində Nazirlər Kabinetinin müəyyənləşdirdiyi meyarlara uyğun olaraq 2987 müəllim fəaliyyət göstərir.

Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün yaş senzi 65 yaş həddində müəyyənləşdirilib.

Təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı bır sıra meyarlar nəzərə alınır. Həmin meyarlara görə, çalışma müddəti uzadılan təhsil işçiləri haqqında son 1 ildə intizam tənbehi tədbirləri tətbiq edilməməli, elmi dərəcə və ya elmi adı olmalı, dövlət təltifi ilə təltif edilməli, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməli, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmalıdır.

Eyni zamanda, işçilərin çalışma müddəti müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda uzadıla bilər. Həmin şəxslər işlədikləri kollektivdə və cəmiyyətdə nüfuza malik olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti