...

ADA-nın Maastrixt Menecment Məktəbi ilə birgə həyata keçirdiyi Ekzekyutiv MBA proqramının açılışı olub

Cəmiyyət Materials 3 Oktyabr 2013 11:40 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə həyata keçirdiyi Ekzekyutiv MBA proqramının açılışı olub.
ADA-nın Maastrixt Menecment Məktəbi ilə birgə həyata keçirdiyi Ekzekyutiv MBA proqramının açılışı olub

Azərbaycan, Bakı, 3 oktyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycan Diplomatik Akademiyasının Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə həyata keçirdiyi Ekzekyutiv MBA proqramının açılışı olub. Trend-in məlumatına görə, bu barədə ADA-nın Kommunikasiya Departamentindən bildirilib.

Məlumatda bildirilir ki, açılış zamanı Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nin rektoru Hafiz Paşayev, Niderland Krallığının Azərbaycandakı səfiri Robert Qabrielse, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov və Maastrix Menecment Məktəbinin dekanı Vim Naude çıxış edib.

Rəsmi açılış çərçivəsində tələbələrə ADA-nın və MSM-im tarixi, strukturu, hədəfləri haqqında məlumat verilib. Tələbələr kampusla, universitetlərin qiymətləndirmə sistemləri ilə tanış olublar.

Modullarla tədris olunan bu proqram minimum dördillik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. Dərslər həm ADA, həm də MSM-in professorları tərəfindən Bakı və Maastrix şəhərlərində tədris ediləcək. Proqramın sonunda məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunacaqlar.

Proqram çərçivəsində təhsil alacaq ilk qrup müxtəlif akademik və professional təcrübəsi olan 30 peşəkardan ibarətdir. Orta yaş həddi 33 olan qrupda orta iş təcrübəsi 10 ildir. Proqram çərçivəsində təhsil alacaq azərbaycanlı tələblərin əksəriyyəti Xaricdə Təhsil Proqramı tərəfindən maliyyələşir.

Qeyd edək ki, iki akademik institut arasında anlaşma memorandumu 2012-ci ilin sentyabrında Azərbaycan-Niderland Biznes Forumu çərçivəsində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti