...

Trend və Rumıniyanın AGERPRES agentliyi tərəfdaşlıq haqqında saziş imzalayıblar

Cəmiyyət Materials 1 Noyabr 2013 18:01 (UTC +04:00)
Trend İnformasiya Agentliyi və Rumıniyanın AGERPRES Milli Xəbərlər Agentliyi əməkdaşlıq və informasiya mübadiləsi haqqında saziş imzalayıblar.
Trend və Rumıniyanın AGERPRES agentliyi tərəfdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Trend İnformasiya Agentliyi və Rumıniyanın AGERPRES Milli Xəbərlər Agentliyi əməkdaşlıq və informasiya mübadiləsi haqqında saziş imzalayıblar.

Sazişə əsasən, tərəflər Rumıniya və Azərbaycanın, habelə dünyanın digər ölkələrinin siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı haqqında operativ informasiya materialları və fotoçəkilişlərin mütəmadi mübadiləsini həyata keçirəcəklər. Hər iki tərəf, həmçinin agentliklərin müxtəlif xidmət əməkdaşları arasında mütəmadi olaraq təcrübə mübadiləsi aparmaq niyyətindədir.

Saziş bu gün Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində imzalanıb. Sazişi Trend İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov və AGERPRES-in Baş direktoru Aleks Qiboy imzalayıblar.

Qeyd edək ki, baş ofisi Buxarestdə olan AGERPRES 1949-cu ildə Rumıniya Teleqraf Agentliyinin bazasında yaradılıb. AGERPRES Rumıniya haqqında əsas informasiya mənbəyi hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti