...

Trend BİA və Qırğızıstanın Kabar agentliyi tərəfdaşlığa dair saziş imzalayıblar

Cəmiyyət Materials 8 Noyabr 2013 13:40 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Qırğızıstanın Kabar Milli İnformasiya Agentliyi (MİA) bu gün Bişkekdə informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
Trend BİA və Qırğızıstanın Kabar agentliyi tərəfdaşlığa dair saziş imzalayıblar

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Qırğızıstanın Kabar Milli İnformasiya Agentliyi (MİA) bu gün Bişkekdə informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

Sənədin imzalanması noyabrın 8-9-da Bişkekdə keçirilən Türkdilli Dövlətlərin və İcmaların III Media Forumu çərçivəsində baş tutub. İmzalanma mrəasimində Türkdilli Dövlətlərin Media Platformasının (TürkMEP) rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, TürkMEP-in baş katibi, Türkiyə hökuməti yanında Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Murad Karakaya da iştirak edib.

Sazişi Trend BİA-nın baş direktoru İlqar Hüseynov və Kabar MİA-nın baş direktoru Kubanıçbek Tabaldiyev imzalayıblar.

Sənədə əsasən, tərəflər Azərbaycan və Qırğızıstanın, habelə digər ölkələrin siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı haqqında operativ informasiya, analitik materiallar və fotoçəkilişlərin mütəmadi mübadiləsini aparacaqlar. Tərəflər, həmçinin dövlət başçıları və rəsmi nümayəndə heyətlərinin səfərlərinə, habelə iki ölkənin ərazisində keçirilən digər dövlətlərarası aksiya və tədbirlərə informasiya dəstəyinin təmin edilməsində sıx əməkdaşlıq etmək niyyətindədirlər.

Kabar agentliyi 1937-ci ildə KirTAQ-ın bazasında yaradılıb. Agentliyin vəzifəsi Qırğızıstan və digər dövlətlərin siyasi həyatında vacib hadisələr haqqında obyektiv informasiyanın toplanılması və operativ yayılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti