...

UNİCEF tərəfindən Bakıda Tərbiyə müəssisəsində monitorinq keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2013 16:29 (UTC +04:00)
BMT-nin Uşaq Fondu (UNİCEF), Avropa Komissiyası və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə təşkilatçılığı ilə 18-25 noyabrda Azərbaycanda Uşaq Ədliyyəsi sahəsində həyata keçirilən islahatlarla bağlı monitorinq və qiymətləndirilmələr aparılır.
UNİCEF tərəfindən Bakıda Tərbiyə müəssisəsində monitorinq keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

BMT-nin Uşaq Fondu (UNİCEF), Avropa Komissiyası və Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə təşkilatçılığı ilə 18-25 noyabrda Azərbaycanda Uşaq Ədliyyəsi sahəsində həyata keçirilən islahatlarla bağlı monitorinq və qiymətləndirilmələr aparılır.

Trend Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbir çərçivəsində beynəlxalq və yerli ekspertlərdən ibarət monitorinq və qiymətləndirmə qrupu bu gün Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Tərbiyə müəssisəsində olub, müəssisə rəhbərliyi ilə görüşüb, müəssisə ilə ətraflı tanış olub.

Ekspertlər Draqan Çernynanski, Marianna Mur və Ramil İsgəndərli monitorinqin aparılması üçün yaradılmış şəraitdən məmnun qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti