...

"Gənclər Hökuməti" işgüzar modelinin iştirakçıları müəyyən edilib

Cəmiyyət Materials 4 Dekabr 2013 07:51 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyinin və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ilk dəfə olaraq təşkil olunan “Gənclər Hökuməti” işgüzar modelinin iştirakçıları müəyyən edilib.
"Gənclər Hökuməti" işgüzar modelinin iştirakçıları müəyyən edilib

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyinin və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ilk dəfə olaraq təşkil olunan "Gənclər Hökuməti" işgüzar modelinin iştirakçıları müəyyən edilib.

Şuradan Trend-ə verilən məlumata görə, 100-dən artıq gəncin müraciət etdiyi layihəyə Bakı, Lənkəran, Şəki və Gəncə şəhərlərindən 35 gənc seçilib. Layihə çərçivəsində gənclər ilk olaraq layihə heyəti ilə görüşüb. Görüş zamanı "Gənclər Hökuməti" işgüzar modeli haqqında ətraflı məlumatlar verilib. Eyni zamanda, gənclər layihə müddətində adlarından çıxış edəcəkləri dövlət orqanlarını seçiblər. Seçimlərin nəticəsi olaraq, gənclər Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Rabitə və İnformasiya Texnologiyaları, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından çıxışlar edəcək. Həmçinin gənclər həmin qurumların fəaliyyəti ilə tanışlıq görüşləri keçirəcəklər.

Layihənin növbəti addımlarında gənclərə natiqlik, arqumentləşdirmə, nitqin quruluşu, dövlət qulluğu və qərar qəbuletmə ilə bağlı bir sıra təlimlər keçiriləcək. Sonda gənclər layihənin nəticəsi olaraq "Gənclər Hökuməti" simulyasiya oyunu keçirəcəklər.

Qeyd edək ki, ölkədə ilk dəfə olaraq həyata keçirilən "Gənclər Hökuməti" modelinin əsas məqsədi Azərbaycanda gənclər arasında dövlət qulluğuna marağın artırılması, onların qərar qəbul etmə prosesinə cəlb edilməsi və "Azərbaycan-2020" mövzusunun meyarlarının gənclər arasında müzakirəsini təşkil etməkdir. Müxtəlif dövlət qurumları ilə gənclər arasında əməkdaşlığı artırmaq və onların bu qurumların fəaliyyətində yaxından iştirak etmələrini təmin etmək də əsas şərtləndəndir.

Xəbər lenti

Xəbər lenti