...

Azərbaycanda il ərzində aparılan xilasetmə əməliyyatları barədə rəsmi məlumat açıqlandı

Cəmiyyət Materials 16 Dekabr 2013 17:12 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları 11 ay ərzində 506 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər.
Azərbaycanda il ərzində aparılan xilasetmə əməliyyatları barədə rəsmi məlumat açıqlandı

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları 11 ay ərzində 506 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər.

Trend xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in yaradılmasının ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə nazirliyin Mərkəzi Aparatında keçirilən kollegiya iclasında deyib.

Nazirin sözlərinə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları bu ilin 11 ayı ərzində yol-nəqliyyat hadisəsi, çoxmənzilli yaşayış binasında partlayış, partlamamış silah-sursat aşkarlanması, texnogen mənşəli yanğın, həyat təminatlı kommunal sistemlərdə qəzalar, mənzildə qaz sızması, intihara cəhdin qarşısının alınması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 506 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər: "Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 170-i uşaq olmaqla 513 nəfər zərərçəkmiş xilas edilib, 73 nəfər zərərçəkmişə ilkin yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib".

Partlayıcı maddələrin və hərbi sursatların aşkar olunduğu ərazilərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib.

K.Heydərov qeyd edib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 88 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 211 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılıb, onlardan xəsarət alan 137 nəfər tibb məntəqələrinə çatdırılıb.

Hesabat dövründə Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 160 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 215 nəfər olmaqla cəmi 375 nəfər xilas edilib. Görülən tədbirlər sayəsində son illər nəzarət olunan çimərlik ərazilərində suda batma halları baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti