...

Gəncədə "ASAN xidmət" mərkəzinin açılacağı dəqiq tarix məlum oldu

Cəmiyyət Materials 18 Dekabr 2013 16:30 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.
Gəncədə "ASAN xidmət" mərkəzinin açılacağı dəqiq tarix məlum oldu

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İ.İzzət/

Dekabrın 21-də Gəncədə "ASAN xidmət" mərkəzinin açılışı olacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.

Agentlik sədrinin sözlərinə görə, bu mərkəzdə Gəncə şəhəri və ətraf 10 rayonun təxminən 1 milyona yaxın əhalisinə xidmət göstəriləcək.

O, qeyd edib ki, "ASAN xidmət" mərkəzləri yarandığı vaxtdan bu günədək Azərbaycanda 750 minə yaxın vətəndaşa xidmət göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti