...

Bakının bir sıra rayonları və neft emalı zavodları 36 saat susuz qalacaq

Cəmiyyət Materials 10 Yanvar 2014 16:59 (UTC +04:00)
Yanvarın 12-dən Bakının bir sıra rayonlarında içməli su olmayacaq.
Bakının bir sıra rayonları və neft emalı zavodları 36 saat susuz qalacaq

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Yanvarın 12-dən Bakının bir sıra rayonlarında içməli su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ziya Bünyadov prospektində yol qovşaqlarının tikintisi, 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq tədbirlərinə uyğun olaraq, Ziya Bünyadov prospektindən keçən iridiametrli magistral su kəmərinin yerinin dəyişdirilməsi və yeni birləşmələrin verilməsi ilə əlaqədar 12 yanvar 2014-cü il saat 23:00-dan etibarən 36 saat müddətində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin Heydər Əliyev adına neft emalı və "Azərneftyağ" neft emalı zavodlarına suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatçılıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti