...

Trend-in bayrağı ilə Bakıdan Afrikaya - "Azərbaycan naminə" iki illik turne (FOTO)

Cəmiyyət Materials 10 Yanvar 2014 17:11 (UTC +04:00)
Bu gün Azərbaycanın tanınmış səyahətçi-velosipedçisi Ramil Ziyadov Azərbaycan və Trend-in bayrağı ilə "Azərbaycan naminə" devizi altında Bakıdan iki illik dünya turnesinə yola düşüb.
Trend-in bayrağı ilə Bakıdan Afrikaya - "Azərbaycan naminə" iki illik turne (FOTO)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir V.İmanov/

Bu gün Azərbaycanın tanınmış səyahətçi-velosipedçisi Ramil Ziyadov Azərbaycan və Trend-in bayrağı ilə "Azərbaycan naminə" devizi altında Bakıdan iki illik dünya turnesinə yola düşüb.

R.Ziyadov Trend-ə deyib ki, velosipedlə Gürcüstan ərazisi ilə Rusiyaya gedəcək: "Moskva, Sankt-Peterburq və Murmansk kimi iri şəhərlərdən keçəcəyəm. Bu, qış dövrünə təsadüf edəcək. Sonra marşrutum Belarus, Ukrayna, Moldova və Türkiyə ərazisi ilə davam edəcək. Bu mənim üçün böyük sınaq olacaq. Həmçinin bütün dünyaya nümayiş etdirmək istəyirəm ki, azərbaycanlılar güclü və bacarıqlıdırlar. Turne ərzində hər yerdə Azərbaycanın tarixi, mədəniyyəti və ənənələri barədə danışacağam".

Qeyd edək ki, R.Ziyadov Bərdədə öz sahəsini sataraq əldə etiyi vəsait hesabına velotur həyata keçirir.

Xatırladaq ki. R.Ziyadov 2013-cü ildə beş ölkə üzrə velotur həyata keçirib. O, Azərbaycan bayrağı ilə Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çin ərazisini 6 aya qət edib. Təqribən 15 min kilometr qət edən R.Ziyadov belə uzun məsafə keçmiş ilk azərbaycanlı velosipedçi olub. Veloyürüş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişdi və "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" devizi altında keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti