...

Azərbaycanda kollecin direktor müavini 7,5 min manat vəsaiti ələ keçirməkdə ittiham edilir

Cəmiyyət Materials 10 Fevral 2014 17:59 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavini Ələmdar Əliyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Azərbaycanda kollecin direktor müavini 7,5 min manat vəsaiti ələ keçirməkdə ittiham edilir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Kollecin direktor müavini barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavini Ələmdar Əliyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla Ə.Əliyevin aldatma yolu ilə Ağcabədi rayon sakinlərindən onları və ya övladlarını kollecə qəbul etdirəcəyi adı altında illik təhsil haqqı, imtahanlar və diplom üçün ümumilikdə 7 min 500 manat məbləğində vəsaiti ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti