...

ABŞ-ın Azərbaycandakı səfiri Trend-in İngilis xəbərlər xidmətinin əməkdaşları ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2014 17:34 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar fevralın 20-də Trend İnformasiya Agentliyinin ofisində olub.
ABŞ-ın Azərbaycandakı səfiri Trend-in İngilis xəbərlər xidmətinin əməkdaşları ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Tariverdiyeva/

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar fevralın 20-də Trend İnformasiya Agentliyinin ofisində olub.

Diplomat ofisə baş çəkərkən Trend-in jurnalistinə müsahibə verib. O, müsahibəsində ABŞ-Azərbaycan əməkdaşlığının perspektivləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rolu, ölkəmizin sülhməramlı missiyalarda iştirakı, İranın regional enerji layihələrində iştirak imkanlarından danışıb, həmçinin digər məsələlərə toxunub.

Səfir sonra Trend-in İngilis xəbərlər xidmətinin və digər xidmətlərin ingilisdilli əməkdaşları ilə görüşüb. R.Morninqstar agentliyin regionun informasiya məkanında qabaqcıl oyunçu kimi işini və Trend-in jurnalistlərinin peşəkarlığını yüksək qiymətləndirib.

R.Morninqstar qeyd edib: "Trend kollektivi böyük iş görür, burada peşəkarlar işləyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti