...

ARGTMŞ-nin üzv təşkilatlarının rəhbərləri ixtisasartırma kursunda iştirak edirlər

Cəmiyyət Materials 14 Mart 2014 15:49 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatlarının rəhbərləri 11-14 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunan “Davamlı insan inkişafı” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak edirlər.
ARGTMŞ-nin üzv təşkilatlarının rəhbərləri ixtisasartırma kursunda iştirak edirlər

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatlarının rəhbərləri 11-14 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunan "Davamlı insan inkişafı" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak edirlər.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri dinləyici qismində iştirak etmiş, eyni zamanda Azərbaycan Respublikası Dövlər İdarəçilik Akademiyasının dəvəti ilə ARGTMŞ-nin üzv təşkilat rəhbərləri də təlimə dinlləyici qismində dəvət olunmuşlar.

Üzv təşkilatlarının strateji inkişafını "3G" konsepsiyası üzrə irəli sürən və bu konsepsiyaya gənclər təşkilatları institutunun gücləndirilməsi, gənclərin əməkdaşlıq imkanlarının artırılması, gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirak etmələrinin təmin edilməsi prinsiplərini aid edən Milli Şura öz növbəsində, QHT sektorunun nəzəri və praktik inkişafına nail olmaq məqsədilə QHT-lərin İDarəetmə Akademiyasının ("QİDA") yaradılması təşəbbüsü ilə çıxış edərək bu Akademiyanın yaradılmasına nail oldu.

ARGTMŞ-nin sədri Şahin Seyidzadə öz müsahibəsində qeyd etmişdir ki, "Davamlı insan inkişafı" istiqaməti üzrə ixtisasartırma kursuna Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının QHT rəhbərlərini dəvət etməsi bu sektora olan dövlət dəstəyinin göstəricisidir. ARGTMŞ-nin "QİDA" Akademiyası da qarşısına qoyduğu hədəfə nail olaraq ümumilikdə 64 təşkilatdan 163 nümayəndənin kurslarda iştirakını təmin etmiş və 3 müxtəlif tədris bloku üzrə 143 akademik saatlıq təlim keçirmişdir. Bütün bu tədbirlər onun göstəricisidir ki, bu gün QHT-lərdə idarəetmə bacarıqlarının inkişafı həm dövlət, həm də Milli Şuranın hər zaman diqqət mərkəzindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti