...

Azərbaycanda xalq artistinin ailə faciəsinə səbəb olmuş şəxs həbs edilib

Cəmiyyət Materials 17 Mart 2014 18:59 (UTC +04:00)
Azərbaycanda xalq artistinin nəvəsi və həyat yoldaşının ölümünə səbəb olmuş yol qəzasını törətməkdə təqsirləndirilən şəxs həbs edilib.
Azərbaycanda xalq artistinin ailə faciəsinə səbəb olmuş şəxs həbs edilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycanda xalq artistinin nəvəsi və həyat yoldaşının ölümünə səbəb olmuş yol qəzasını törətməkdə təqsirləndirilən şəxs həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Suraxanı rayon məhkəməsinin qərarı ilə 2 gün öncə xalq artisti Ağasəlim Abdullayevin 6 yaşlı nəvəsi və 55 yaşlı həyat yoldaşının ölümünə səbəb olmuş yol qəzasını törətməkdə şübhəli bilinən Xalid Mədətovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şosesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi "Mersedes-Benz G-55" markalı avtomobilin toqquşması nəticəsində "VAZ 2106"-da olan sərnişinlər 1959-cü il təvəllüdlü Briliyant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Surxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Yol-nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü X.Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkaqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti