...

Bakının bəzi ərazilərində sulu qar yağacaq

Cəmiyyət Materials 29 Mart 2014 12:46 (UTC +04:00)
Azərbaycanda sabah hava şəraiti kəskin dəyişəcək, bu gecə Bakının bəzi ərazilərində isə sulu qar yağacağı gözlənilir.
Bakının bəzi ərazilərində sulu qar yağacaq

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda sabah hava şəraiti kəskin dəyişəcək, bu gecə Bakının bəzi ərazilərində isə sulu qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin səngiyəcəyi gözlənilir.

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.

Martın 30-da Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda qısa müddət davam edəcək anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə və iqlim normasına yaxınlaşmağa başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti