...

Azərbaycan hökuməti "Elektron xidmət növləri siyahısı"na əlavələr edib

Cəmiyyət Materials 1 Aprel 2014 10:33 (UTC +04:00)
Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.
Azərbaycan hökuməti "Elektron xidmət növləri siyahısı"na əlavələr edib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanmış qərara əsasən, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"na aşağıdakı məzmunda 3.18-ci, 7.58-ci və 27.6-cı bəndlər əlavə edilib:

"3.18. Azərbaycan Respublikasında qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi.

7.58. Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi.

27.6. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti