...

Azərbaycanda şəxslərin uçotunun aparıldığı dövlət informasiya sistemlərinin siyahısı genişləndirilib

Cəmiyyət Materials 1 Aprel 2014 10:47 (UTC +04:00)
Nazirlər Kabineti "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edib.
Azərbaycanda şəxslərin uçotunun aparıldığı dövlət informasiya sistemlərinin siyahısı genişləndirilib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Nazirlər Kabineti "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanmış qərara əsasən, "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"na on yeddinci abzas əlavə edilib.

Qərara görə, siyahıya hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatı da əlavə edilir.

Qərara əsasən, bu iş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti