...

Azərbaycanda yenidən temperatur enəcək, hava yağıntılı olacaq

Cəmiyyət Materials 7 Aprel 2014 13:14 (UTC +04:00)
Sabah günün ikinci yarısında qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı olacağı, aprelin 9-da isə temperaturun nisbətən enəcəyi gözlənilir.
Azərbaycanda yenidən temperatur enəcək, hava yağıntılı olacaq

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah günün ikinci yarısında qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı olacağı, aprelin 9-da isə temperaturun nisbətən enəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, sabah Azərbaycanda hava şəraiti mülayim olacaq, temperaturun yüksələcəyi gözlənilir.

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Əsasən gecə və səhər cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Gündüz külək mülayimləşəcək, axşama doğru isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcəyədək isti olacaq.

Aprelin 8-də Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin günün ikinci yarısında qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti