...

Təhsil Nazirliyi: Yerli icra hakimiyyəti orqanlarının büdcələrinə nəzarət edə bilmərik

Cəmiyyət Materials 8 Aprel 2014 12:33 (UTC +04:00)
Təhsil Nazirliyinin yerli icra hakimiyyəti orqanlarına ayrılan büdcə ilə bağlı heç bir sərəncam vermək və ya nəzarət etmək funksiyası yoxdur.
Təhsil Nazirliyi: Yerli icra hakimiyyəti orqanlarının büdcələrinə nəzarət edə bilmərik

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin yerli icra hakimiyyəti orqanlarına ayrılan büdcə ilə bağlı heç bir sərəncam vermək və ya nəzarət etmək funksiyası yoxdur. Trend xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında əksər təhsil şöbələrində baş verən neqativ hallar və korrupsiya faktları ilə bağlı mətbuatda dərc olunan yazılara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dövlət büdcəsindən təhsil bölməsi üzrə ayrılan vəsait rayonların yerli icra hakimiyyətlərinin büdcəsində formalaşır. Həmin vəsaitlər icra hakimiyyətlərinin sərəncamındadır. Adıçəkilən qurumlar da həmin vəsaitlərin icra olunmasına nəzarət edir: "Buna görə də Təhsil Nazirliyinin yerli icra hakimiyyəti orqanlarına ayrılan büdcə ilə bağlı heç bir sərəncam vermək və ya nəzarət etmək funksiyası yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti