...

Azərbaycanda havanın temperaturu 25 dərəcəyə kimi yüksələcək

Cəmiyyət Materials 10 Aprel 2014 12:53 (UTC +04:00)
Azərbaycanda havanın temperaturu yüksələcək.
Azərbaycanda havanın temperaturu 25 dərəcəyə kimi yüksələcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda havanın temperaturu yüksələcək. Ölkənin bəzi yerlərində temperatur 25 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq.

Aprelin 11-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağıətəyi rayonlarda şimşək çaxması ehtimalı var. Qısa müddətli yağış yağacaq.

Havanın temperaturunun Aran rayonlarında gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 9-14 isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti