...

Beynəlxalq Yer Günü ilə əlaqədar görüş keçirib

Cəmiyyət Materials 15 Aprel 2014 16:07 (UTC +04:00)
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Beynəlxalq Yer Günü ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib.
Beynəlxalq Yer Günü ilə əlaqədar görüş keçirib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Beynəlxalq Yer Günü ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edən 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər təşkil olunur, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.

Bu istiqamətdə respublikanın orta və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə nazirlik tərəfindən maarifləndirici seminarlar keçirilir.

225 saylı orta məktəbin kollektivi ilə görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib, film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Beynəlхalq Yer Gününün qeyd olunması ХIХ əsrin 40-cı illərindən başlansa da, tədricən beynəlxalq xarakter alaraq hazırda 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlхalq Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyəti fəal iştirak etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti