...

Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə həvəsləndirici mükafatların təntənəli təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 15 Aprel 2014 20:36 (UTC +04:00)
Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə təhsildə və idmanda fərqlənmiş 10 şagirdə və ən yaxşı beş müəllimə Heydər Əliyev Fondunun həvəsləndirici mükafatların təntənəli təqdimat mərasimi keçirilmişdir.
Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə həvəsləndirici mükafatların təntənəli təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə təhsildə və idmanda fərqlənmiş 10 şagirdə və ən yaxşı beş müəllimə Heydər Əliyev Fondunun həvəsləndirici mükafatların təntənəli təqdimat mərasimi keçirilmişdir.

Trend AzərTAc-a istinadən məlumat verir ki, mərasimdə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov, "Azərbaycan" milli mədəni cəmiyyətinin sədri Vahid Rəhimov, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional bölməsinin rəhbəri Elvin Hüseynov, məktəbin müəllimləri və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Rəşid Ağayev çıxış edərək Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Məktəbin ən yaxşı şagirdlərinə və müəllimlərinə Heydər Əliyev Fondu adından həvəsləndirici mükafatlar təqdim edilmişdir.

Məktəbin valideyn komitəsinin nümayəndəsi, tibb elmləri doktoru, professor Gülnarə Sagitova göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti