...

“Səba səxavət günü” baş tutdu

Cəmiyyət Materials 15 Aprel 2014 20:40 (UTC +04:00)
“Səba səxavət günü” baş tutdu
“Səba səxavət günü” baş tutdu

Əvvəlcədən Səba alıcılarına söz verilmiş "Səba səxavət günü" baş tutub. Aprelin 15-də 2000-ə yaxın marketdə Səba müştərilərinə 2 məhsulundan biri pay olan birgə qablaşdırılmış Səba məhsulları təqdim edilib. Səba-nın "Biri sizlik, biri bizlik" dediyi kampaniyaya 3 adda Səba məhsulu - dondurulmuş toyuq, dondurulmuş bud dibi və təzə süd çıxarılıb. Adi günlərdən 2 dəfə artıq məhsul satışa çıxarılsa da, Səba Səxavət Günündən faydalana bilməyənlər də olub. Buna baxmayaraq, Səba Səhmdar Cəmiyyətinin baş direktoru Zakir Əzimov aksiyanın uğurlu olduğunu deyib. "Biz sevinirik ki, istehlakçılar məhsullarımızı və Səba brendini sevir, belə yüksək qiymətləndirirlər. Gələn aylarda keçiriləcək Səba səxavət günlərinə daha çox məhsul çıxaracağıq və daha çox adam Səba-nın səxavətinə şahid olacaq" Zakir Əzimov belə bildirib. Qeyd edək ki, Səba Səxavət günü bundan sonra hər ayın 15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti