...

Azərbaycanda hərbi polislərə və hərbi hissələrə baxış keçirilib

Cəmiyyət Materials 17 Aprel 2014 15:33 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Vüqar Heydərov Müdafiə Nazirliyinin Kürdəmir rayonu və Mingəçevir şəhəri ərazisindəki N saylı hərbi hissələrinə, habelə Kürdəmir və Yevlax qarnizonları Hərbi polislərinə plan üzrə baxışlar keçiriblər.
Azərbaycanda hərbi polislərə və hərbi hissələrə baxış keçirilib

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda hərbi polislərə və hərbi hissələrə baxışlar keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Vüqar Heydərov Müdafiə Nazirliyinin Kürdəmir rayonu və Mingəçevir şəhəri ərazisindəki N saylı hərbi hissələrinə, habelə Kürdəmir və Yevlax qarnizonları Hərbi polislərinə plan üzrə baxışlar keçiriblər.

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrdə və hərbi polislərdə şəxsi heyətlə, gənc əsgərlərlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, ombudsmanın fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, onların insan hüquqları ilə bağlı çoxsaylı suallarını cavablandırıblar. Eyni zamanda, hərbi qulluqçuların insan hüquqlarının müdafiəsi vəziyyəti, hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində aparılan işlərlə tanış olunub və bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb.

Həmin hərbi hissələrdə və müvafiq hərbi polislərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, hərbi texnikaya yiyələnmək bacarığının, qidalanmanın, sağlamlığın qorunması vəziyyətinin və məişət şəraitinin daha da təkmilləşdirilməsi üçün tövsiyələr verilib.

Baxışlar zamanı hərbi hissələrdə bir neçə hərbi qulluqçu tərəfindən şifahi müraciətlər dinlənilib, yazılı ərizələr qəbul edilib, onlara hüquqları və ombudsmanın səlahiyyətləri izah olunub.

Baxışlarda Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər üzrə İdarəsinin Mənəvi-psixoloji şöbəsinin əməkdaşı Əfqan Əliyev də iştirak edib.

Baxışların nəticələri ilə bağlı Müdafiə Nazirliyinə məktubla müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti