...

ADA Universiteti Konfutsi İnstitutu ilə əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2014 19:04 (UTC +04:00)
Bu gün ADA Universitetinin tələbələri tərəfindən Çin dilinin öyrənilməsinin təşkili və Çin dili və mədəniyyətinin təbliğ edilməsi məqsədi ilə ADA Universiteti və Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
ADA Universiteti Konfutsi İnstitutu ilə əməkdaşlıq edəcək (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün ADA Universitetinin tələbələri tərəfindən Çin dilinin öyrənilməsinin təşkili və Çin dili və mədəniyyətinin təbliğ edilməsi məqsədi ilə ADA Universiteti və Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, müqavilə çərçivəsində Konfutsi İnstitutunda fəaliyyət göstərən Çin dili müəllimlərinin ADA Universitetində fəaliyyəti, Çin dilinin təbliği ilə əlaqədar bir sıra müxtəlif mədəni tədbirlərin təşkili, tələbələrin Çin dili müsabiqələrinə hazırlığına yardım, Çin dili kursları üzrə Yay və Qış məktəblərinin təşkili, uğurlu tələbələrin Çində təhsil və ya qısa təcrübə proqramları keçmə imkanları, Çinin aparıcı universitetlərinin müəllim və professor heyəti ilə qısamüddətli mübadilə proqramları həyata keçirmək nəzərdə tutulur.

Bundan əlavə, əməkdaşlığın müxtəlif aspektlərini müzakirə etmək üçün ADA Universitetinin nümayəndə heyəti iyun ayında müxtəlif Çin universitetlərinə səfər edəcək.

Qeyd edək ki, müqaviləni ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Çin Xalq Respublikası tərəfindən direktor Xu Fenxua və Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun adından direktor Oqtay Cəlilbəyli imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti