...

Fikrət Məmmədov hakimlər və ədliyyə işçilərinə etik davranış qaydalarına ciddi riayət etməyi tapşırıb

Cəmiyyət Materials 17 Aprel 2014 19:32 (UTC +04:00)
Bu gün ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron rayon Mədəniyyət Evində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında yaşayan sakinləri, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünləri qəbul edib.
Fikrət Məmmədov hakimlər və ədliyyə işçilərinə etik davranış qaydalarına ciddi riayət etməyi tapşırıb

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün ədliyyə naziri Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron rayon Mədəniyyət Evində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında yaşayan sakinləri, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünləri qəbul edib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılıb, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Səfər zamanı ədliyyə naziri rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşüb, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub, problemlərlə maraqlanıb, vətəndaş-məmur münasibətlərinin ölkə Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi və digər aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti