...

ADİU beynəlxalq forumda iştirak edir

Cəmiyyət Materials 18 Aprel 2014 15:07 (UTC +04:00)
Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə TEC sədri Cavidan Qasımlı “Transmilli korparasiyaların beynəlxalq aləmdə hüquqi tənzimlənməsi” mövzusunda məruzə ilə çıxış edəcək.
ADİU beynəlxalq forumda iştirak edir

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprelin 21-25-dək Rusiyanın Yekatrinburq şəhərində Avrasiya Gənclərinin V İqtisadi Forumu keçiriləcək. Türkiyə, Çin, Qazaxıstan, Uruqvay, Ekvador, Özbəkistanın iştirak etdiyi beynəlxalq forumda Azərbaycanı ADİU (Azərbaycan Dövlət İqtisad Universiteti) Tələbə Elmi Cəmiyyəti təmsil edəcək.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə TEC sədri Cavidan Qasımlı "Transmilli korparasiyaların beynəlxalq aləmdə hüquqi tənzimlənməsi" mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, universitet tələbələri artıq ikinci dəfədir ki, bu beynəlxalq forumda iştirak edirlər. Ötən il iqtisadiyyat bölməsi üzrə 63 ölkə arasında ikinci yerə layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti