...

Nazirlik endirimli mal alarkən diqqətli olmağa çağırır

Cəmiyyət Materials 18 Aprel 2014 17:39 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rzayev Fuad Əhliman oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Nazirlik endirimli mal alarkən diqqətli olmağa çağırır

Azərbaycan, Bakı, 18 aprel /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rzayev Fuad Əhliman oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın ön fasad divarında "50%-ə qədər endirim" məzmunlu reklam yerləşdirilsə də, satışda olan bütün malların qiymətinə endirim tətbiq edilmədiyi aşkar olunub.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş F.Rzayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti