...

Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq

Cəmiyyət Materials 19 Aprel 2014 12:57 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq.
Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim çənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 20-də hava əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam bəzi şimal və qərb rayonlarında şimşək caxacağı ehtmalı var, qısa müddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlıq ərazilərdə gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti