...

Azərbaycanda abituriyentlər üçün növbəti sınaq imtahanı keçirilir

Cəmiyyət Materials 20 Aprel 2014 09:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün abituriyentlər üçün növbəti sınaq imtahanı keçirir.
Azərbaycanda abituriyentlər üçün növbəti sınaq imtahanı keçirilir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün abituriyentlər üçün növbəti sınaq imtahanı keçirir.

Trend komissiyanın saytına istinadən xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün respublikanın 24 şəhər və rayonunda sınaq imtahanı keçirir. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağıstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunur.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 49066 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir.

Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti