...

Çingiz Abdullayev Gəncəyə gəlir

Cəmiyyət Materials 21 Aprel 2014 10:36 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi və "Odlar Yurdu" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə dünyaşöhrətli yazıçı Çingiz Abdullayev Respublikanın ilk gənclər paytaxtı, Avropanın 2016-cı ildə "Gənclər Paytaxtı" Gəncə şəhərində gənclər ilə görüşəcək.
Çingiz Abdullayev Gəncəyə gəlir

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi və "Odlar Yurdu" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə dünyaşöhrətli yazıçı Çingiz Abdullayev Respublikanın ilk gənclər paytaxtı, Avropanın 2016-cı ildə "Gənclər Paytaxtı" Gəncə şəhərində gənclər ilə görüşəcək.

Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yüzlərlə gəncin arzusunda olduğu görüşün keçirilməsində əsas məqsəd gənclərin dünya şöhrətli yazıçıyla görüşünü təşkil etmək, onun tövsiyyələrindən faydalanaraq gənclərin dünyagörüşünün inkişafına zəmin yaratmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməklə maariflənmələrinə münbit şərait yaratmaqdır.

"Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə Gəncədə ilk dəfə keçiriləcək görüş Heydər Əliyev Mərkəzində 29 Aprel 2014-cü ildə baş tutacaqdır.

Qeyd edək ki, Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyaca məşhur detektiv yazıçısı və publisistdir. 187 dən çox kitabın müəllifi olan yazıçı böyük oxucu kütləsi qazanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti