...

MPQ Bakının Şağan qəsəbəsindəki internat evində yoxlama aparıb

Cəmiyyət Materials 21 Aprel 2014 12:30 (UTC +04:00)
İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri 18 aprel 2014-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Şağan qəsəbəsində yerləşən Əqli qüsurlu uşaqlar üçün 3 saylı internat evinə başçəkmə həyata keçiriblər.
MPQ Bakının Şağan qəsəbəsindəki internat evində yoxlama aparıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun (MPQ) üzvləri 18 aprel 2014-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Şağan qəsəbəsində yerləşən Əqli qüsurlu uşaqlar üçün 3 saylı internat evinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə olan uşaqlara qarşı rəftar və saxlanma şəraitinin araşdırılması olub.

Araşdırma zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib şərait və saxlanılanlara qarşı rəftar qənaətbəxş qiymətləndirilib.

Adı çəkilən müəssisə müasir standartlara uyğun şəkildə yenilənib, zəruri avadanlıqlarla təchiz edilib.

Başçəkmənin sonunda internat evinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Həmçinin Ombudsman tərəfindən bəzi təkliflərlə ƏƏSMN-ə müraciət ediləcəyi bildirilib.

Başçəkmədə MPQ üzvləri ilə yanaşı Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev də ekspert qismində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti