...

İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarında 7 nəfər ölüb

Cəmiyyət Materials 21 Aprel 2014 13:27 (UTC +04:00)
Ötən şənbə-bazar günləri ölkə ərazisində baş verən yol qəzalarında 7 nəfər ölüb.
İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarında 7 nəfər ölüb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

Ötən şənbə-bazar günləri ölkə ərazisində baş verən yol qəzalarında 7 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 19-20-də 8 yol qəzası baş verib. Nəticədə 7 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, aprelin 19-da respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Aprelin 20-də isə 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti