...

Qərib Məmmədov: Yaxın zamanlarda Azərbaycanın Milli Atlasının kütləvi nəşrinə başlanacaq

Cəmiyyət Materials 21 Aprel 2014 13:53 (UTC +04:00)
Artıq Azərbaycanın Milli Atlasının nümunə nüsxəsi hazırlanır. Bunu Trend-ə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, AMEA-nın həqiqi üzvü Qərib Məmmədov bildirib.
Qərib Məmmədov: Yaxın zamanlarda Azərbaycanın Milli Atlasının kütləvi nəşrinə başlanacaq

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

Artıq Azərbaycanın Milli Atlasının nümunə nüsxəsi hazırlanır. Bunu Trend-ə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, AMEA-nın həqiqi üzvü Qərib Məmmədov bildirib.

Milli Atlasın yaradılması üzrə məsul katib olan Qərib Məmmədovun sözlərinə görə, artıq Milli Atlas hazırlanıb və yaxın zamanlarda işıq üzü görəcək: "Azərbaycanın Milli Atlası 1000-dən artıq xəritə, diaqram, cədvəl, izahedici mətn və s. məlumatları özündə əks etdirəcək. Bu atlasın hazırlanması və nəşr işləri ilə bağlı xəritələrin tərtibi işləri yekunlaşdırılıb. Artıq atlasın nümunə nüsxəsi hazırlanır. Ona baxılandan sonra atlasın kütləvi nəşrinə başlanacaq".

Komitə sədri qeyd edib ki, yeni atlas həm Azərbaycan, həm də xarici dillərdə olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 20 aprel 2011-ci ildə "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında Sərəncam imzalayıb.

Komitə sədri, həmçinin qeyd edib ki, Azərbaycandakı coğrafi adların xarici ölkələrdə nəşr olunan xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə hazırda respublikanın coğrafi adlarının "Eurogeographics" portalında yerləşdirilməsi üçün də müvafiq işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti