...

Bu axşam Bakıda daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər

Cəmiyyət Materials 21 Aprel 2014 14:46 (UTC +04:00)
Bu axşam Bakıda yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər.
Bu axşam Bakıda daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

Bu axşam Bakıda yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, əgər hava şəraiti normallaşarsa, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Həsənoğlu küçəsində və Fətəli Xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti