...

Azərbaycanda tələbələrə təhsil haqlarının ödənişləri üçün yeni imkanlar yaradılacaq

Cəmiyyət Materials 22 Aprel 2014 10:21 (UTC +04:00)
Azərbaycanda ali məktəblərin ödənişli ixtisaslarında təhsil alan bəzi tələbələr üçün yeni imkanlar yaradılacaq.
Azərbaycanda tələbələrə təhsil haqlarının ödənişləri üçün yeni imkanlar yaradılacaq

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəblərin ödənişli ixtisaslarında təhsil alan bəzi tələbələr üçün yeni imkanlar yaradılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda aztəminatlı ailələrin dövlət ali məktəblərinin ödənişli ixtisaslarında təhsil alan övladlarına təhsil haqlarını ödəyə bilmələri üçün təhsil qrantları və kreditləri veriləcək.

Bunda məqsəd aztəminatlı ailələrdən olan tələbələrin təhsil almaq imkanlarını artırmaq və stimullaşdırmaqdır.

Artıq Təhsil Nazirliyi tərəfindən təhsil qrantları və kreditlərinin verilməsi mexanizminin hazırlanmasına başlanılıb.

Təhsil qrant və kreditlərinin verilməsi üçün tələbələrin təhsildə göstərdikləri akademik nailiyyətlər əsas götürüləcək. Bu imkandan istifadə etmək istəyən tələbə yüksək akademik göstəriclərə malik olmalıdır. Təhsil qrant və kreditlərinin tələbələrə II kursdan verilməsi planlaşdırılır.

Təhsil Nazirliyi bu yeniliyi növbəti akademik ildən başlayaraq pilot şəkildə öz imkanları hesabına həyata keçirməyi nəzərdə tutur. Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət proqramı hazırlanacaq.

Təhsil qrant və kreditlərinin verilməsi mexanizmi hazır olduqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda 51 ali məktəb var ki, onların da 36-sı dövlət, 15-i özəl təhsil müəssisəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti