...

Azərbaycanda iş yerlərini dəyişmək istəyən bəzi müəllimlər üçün müəyyən hallar üstünlük kimi qəbul ediləcək

Cəmiyyət Materials 22 Aprel 2014 13:23 (UTC +04:00)
Azərbaycanda orta məktəblərdə daimi işləyən müəllimlərin iş yerlərinin yerdəyişməsi zamanı müsabiqə vəziyyəti yarandıqda bəzi şəxslər üçün müəyyən hallar üstünlük kimi qəbul ediləcək
Azərbaycanda iş yerlərini dəyişmək istəyən bəzi müəllimlər üçün müəyyən hallar üstünlük kimi qəbul ediləcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəblərdə daimi işləyən müəllimlərin iş yerlərinin yerdəyişməsi zamanı müsabiqə vəziyyəti yarandıqda bəzi şəxslər üçün müəyyən hallar üstünlük kimi qəbul ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda orta məktəblərdə daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə aparılacaq. Müsabiqə elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə mərhələrindən ibarət olacaq.

Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi yerdəyişmə həyata keçiriləcək müəssisənin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir. Hər hansı ixtisas üzrə bir vakant yerə yerdəyişmə üçün iki və daha artıq namizəd olduqda, müsabiqə komissiyası təhsil və peşəkarlıq səviyyəsini, digər zəruri halları (hərbçi ailəsi, azyaşlı övladları olması, xəstə ailə üzvünə qulluq, ailə qurmaqla əlaqədar yaşayış yerini dəyişmə və s.) araşdırmaqla müvafiq qərar qəbul edir.

Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 (səkkiz) vakant yer seçə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti