...

Azərbaycanda şagirdlər arasında "Nə? Harada? Nə zaman?" regional məktəb çempionatı keçiriləcək

Cəmiyyət Materials 22 Aprel 2014 17:50 (UTC +04:00)
Azərbaycanda ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə 2014-cü ilin regional məktəb çempionatı keçiriləcək.
Azərbaycanda şagirdlər arasında "Nə? Harada? Nə zaman?" regional məktəb çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə 2014-cü ilin regional məktəb çempionatı keçiriləcək.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə 2014-cü ildə regional məktəb çempionatının keçirilməsi barədə əmr verib.

Çempionatın keçirilməsində məqsəd məktəblilərin intellektual və yaradıcı inkişafına təkan vermək, şagirdləri intellektual fəaliyyətə daha geniş miqyasda cəlb etmək və onların asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.

Əmrə əsasən, Təşkilat Komitəsi "Nə? Harada? Nə zaman?" oyunu üzrə 2014-cü ildə regional məktəb çempionatının keçirilmə qaydalarını müəyyən etməlidir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirləri çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə "Nə? Harada? Nə zaman?" oyunu üzrə 2014-cü ilin regional məktəb çempionatının keçirilməsini təmin etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti