...

"EkoEv" layihəsi çərçivəsində həftənin liderləri bəlli oldu

Cəmiyyət Materials 23 Aprel 2014 12:40 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin Day.az xəbər portalı ilə birgə həyata keçirdiyi "EkoEv" layihəsi çərçivəsində səsvermə mərhələsi davam edir.
"EkoEv" layihəsi çərçivəsində həftənin liderləri bəlli oldu

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin Day.az xəbər portalı ilə birgə həyata keçirdiyi "EkoEv" layihəsi çərçivəsində səsvermə mərhələsi davam edir. Bu mərhələdə ən çox səs toplamış Süsən Abbasova, Şamil Hüseynov və Khayal Hex adlı istifadəçi bu həftənin liderləri arasında yer alır.

Beləliklə, mayın 15-i saat 14:00-a qədər keçiriləcək səsvermənin yekununda 10 ən yaxşı eskiz müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanacaq. İkinci mərhələdə isə ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Seçilən ilk üç eskizin müəllifləri müvafi qolaraq 3000, 2000 və 1000 AZN məbləğində pul ilə mükafatlandırılacaqlar. Bundan əlavə, birinci və ikinci yerin sahibləri ölkənin aparıcı inşaat şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcək.

Əlaqələndirici şəxs:
Ayşən Quliyeva
Tel.: +994 (0) 12 4976316
Mob.: +994 (0) 50 5115066
E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti